8 oyunda 6 qələbə

29.11.2014 | 5046 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Stadium.Az xəbər verir ki, AFFA-nın müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda 8 komanda 6 qələbə qazanıb, 

1 heç-heçə edib və 1 matçda uduzub. U-19 komandamız “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzub. 9 oyunda 2-ci yenilgisini alan “Qəbələ” 19 xalla 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti turda “Əlincə”ni qəbul edəcək.

Ardıcıl 7 qələbədən sonra ilk dəfə xal itirən U-17 “Neftçi” ilə səfər matçında heç-heçə edib – 1:1. 8 oyunda topladığı 22 xalla liderlik edən “qırmızı-qaralar” növbəti turda “Bakı”nı qəbul edəcək. Komandamızın üzvü Rövlan Muradov isə 11 qolla bombardirlər siyahısına başçılıq edir.

U-16 öz meydanında “Simurq”u 4:0 hesabı ilə məğlub edib. 9 matçda 22 xal əldə edən “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda səfərdə “MKT-Araz”la görüşəcək.

U-15 öz meydanında “Vətən” üzərində böyükhesablı qələbə qazanıb – 4:0. 9 oyundan sonra hesabında 20 xal olan “qırmızı-qaralar” “Fortuna” ilə səfər matçı öncəsi 2-ci yerdə qərarlaşıb. 11 qol vuran Kamran Quliyev bombardirlər yarışının liderləri arasındadır.

Paytaxt zonasında çıxış edən U-14 səfərdə “Rəvan”ı iki cavabsız qolla məğlub edib. 9 turdan sonra 22 xalla ikinci olan “Qəbələ” qarşıdakı oyununda “Bakı kəndləri” ilə görüşəcək.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-13 Yevlaxın UGİM-ini 12:0 hesabı ilə məğlub edib. 21 xalla I dövrəni 2-ci yerdə tamamlayan “Qəbələ” zona yarışlarının ikinci yarısına da Yevlax təmsilçisi ilə matçla başlayacaq. Qeyd edək ki, akademiyamızın yetirməsi Veysəl Rzayev 14 qolla I dövrədə zonanın bombardiri olub. Komanda yoldaşı Nihad Bağırov isə ondan 1 top geri qalıb.

U-12 komandası “Daşqın” üzərində çətin qələbə qazanıb – 3:2. 8 matçda 20 xal toplayan “Qəbələ” zirvədə yer alıb. 15 qol vuran Taleh Qarayev isə zonanın ən məhsuldar oyunçusudur.

U-11 ilk dövrəni 17:0 hesablı qələbə ilə başa vurub. “Rabitəçi” üzərindəki bu qələbədən sonra 8 matçda topladığı xalların sayını 21-ə çatdıran “qırmızı-qaralar” 2-ci pillədə yer alıb. 15 qol vuran Fuad Əhmədov isə zonanın bombardiri adına şərikdir.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail