Georgi Nikolov cansağlığından danışdı

30.12.2010 | 3574 dəfə oxunub

"İnter" Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov Azərbaycan xalqını Yeni İl bayramı münasibəti ilə təbrik edib: "İşıqlı bayramlar yaxınlaşır. Yeni il özü ilə yeni ümidlər gətirir. Məni vətənində isti qarşılayan, 5 ildir mənə qayğı və mərhəmətini əsirgəməyən Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Hamıya böyük məhəbbət arzulayıram. Qoy, hər bir ev xoşbəxtliklə, çox uşaqla dolu olsun. Arzu edirəm ki, gələn il bütün arzular həyata keçsin. Ən başlıcası, hamıya ayrı-ayrılıqda cansağlığı arzulayıram!".

rn

Georgi Nikolov komandasını da təbrik edib: "Komandamız üçün kifayət qədər uğurlu olan 2010-cu ili yola salırıq. Axı biz bu ildə çempion olduq. Gələn ildə komandaya bu uğuru iki dəfə artırmağı və qələbələri ilə başa çatmaqda olan ilin xoş nəticələrini kölgədə qoymağı arzulayıram. Həmçinin futbolçulara, məşqçilərə və klubun bütün heyətinə şəxsi həyatda xoşbəxtlik, ailələrinə cansağlığı diləyirəm. Qoy, gələn il onlara yalnız xoşbəxtlik gətirsin və yaddaşlarında yalnız xoş xatirələr qalsın!".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail