Sumqayıtda “Live Your Goals” festivalı keçirildi

01.12.2014 | 3713 dəfə oxunub

FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda “Kapital Bank Arena”da “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edib. 

Əvvəlcə “Live Your Goals” festival ilə bağlı mətbuat konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bildiriblər. Daha sonra festivalın açılış mərasimi olub. Hop Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim, “Sumqayıt” FK-nın Müşahidə Şurasının üzvü Əbdül Məmmədov çıxış edərək festival iştirakçılarına uğurlar azrulayıblar. “Sumqayıt” FK adından Hop Povellə klubun 50 nömrəli forması təqdim olunub.

Tədbirdə Face Art və hədiyyəli yarışlar keçirilib, top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib, tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə ediblər. Festivalda 8-15 yaş arası 83 qız iştirak edib. Sonda U-19 qızlar yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən qızlara sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail