Mahmud Qurbanov: "Kamranı millinin düşərgəsindən qovmalıydım"

01.12.2014 | 3159 dəfə oxunub

Norveçlə oyunda millimizin sükanı arxasında yer alan Mahmud Qurbanov bir neçə açıqlama verib. Stadium.Az xəbər verir ki, "Futbol+” qəzetinə danışan yerli məşqçi Kamran Ağayevi düşərgədən qovmalı olduğunu deyib: 

"Niyə bəzi yerli məşqçilər Fotqs Maksimi dayaq yarımmüdafiəçisi kimi oynadanda, Bədavinin mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular? Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala xalq düşməni çıxarırlar. 

Çox maraqlıdır ki, 6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə çatmır. Görəsən, niyə üzdə "Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar. Sözün var, səhvim var, kişi kimi üzümə söylə. Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda milliyə rəhbərlik edəcək.

6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar. Noyabrın 4-ü komanda bir araya gəldi. Yalnız Kamran Ağayev heç kimə heç nə demədən toplanışa ertəsi gün qatıldı. Bəhanə gətirdi ki, nəsə təxirəsalınmaz işi olub. 

Halbuki əvvəldən hamıya deyilmişdi ki, bircə ölüm-itim olsa, düşərgəyə gec gələ bilərlər. Bütün işlərini oyundan sonraya saxlasınlar. Ancaq Ağayev intizamı pozdu. Mən Kamranı millinin düşərgəsindən qovmalıydım. Sadəcə, məsul oyun öncəsi ab-havanı pozmaq istəmədim. Deyəcəkdilər ki, bir oyunluq gəldi, aranı qatdı, getdi. Bəlkə də səhv etdim. Futbolçular anlamalıdılar ki, nə edirlərsə ilk növbədə özlərinə edirlər. Kamran Ağayev bu hərəkəti niyə Foqtsun millini çalışdırdığı altı ildə etməmişdi? Bəlkə ona elə gəlir ki, yerli məşqi olanda, istədiyini edə bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail