“Qarabağ” Zaqatala sindromunu qırdı

03.12.2014 | 2918 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” “Simurq”la oyunlardakı uğursuz seriyanı qırıb. Stadium.Az xəbər verir ki, Zaqatala təmsilçisi ilə son 4 səfər oyununda nəinki qələbə qazana, heç qol da vura bilməyən Ağdam təmsilçisi Premyer Liqanın XIV turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib. 

2011-ci il oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1105 gündən sonra rəqibini səfərdə məğlub edib. Bu müddətdə iki dəfə qolsuz heç-heçəyə, iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən Ağdam təmsilçisinin Zaqataladakı son qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf Əliyev vurmuşdu. 

İlqar Qurbanovun 23-cü dəqiqədəki qoluna qədər “Qarabağ” 412 dəqiqə meydan sahiblərini məyus edə bilməmişdi. Tarixində yalnız 1 dəfə “Simurq”la matçda 3 qol vuran ağdamlılar 2010-cu il oktyabrın 17-dəki ev oyununda da 3:2 hesabı ilə qalib gəmişdi. Bundan 1474 gün sonra “Qarabağ” “Simurq”u 3 qolla məyus etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail