Məşqçilər Komitəsinin Əsasnaməsi

03.12.2014 | 3045 dəfə oxunub

AZƏRBAYCAN FUTBOL FEDERASİYALARI ASSOSİASİYASININ MƏŞQÇİLƏR KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏ

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1                 Bu Əsasnamə AFFA Məşqçilər Komitəsinin fəaliyyətini tənzimləyir.

1.2                 Məşqçilər Komitəsi öz fəaliyyətini AFFA Prezidenti  tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.

1.3                 Şura öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.

1.4                 Katibliyin səlahiyyətində olan məsələlər üzrə Məşqçilər Komitəsinin qərarları Baş katibin  əmri ilə təsdiqlənir.

1.5                 Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr  AFFA İcraiyyə Komitəsi  tərəfindən təsdiq olunur.

 

2. ƏSAS VƏZİFƏLƏR

 

Məşqçilər Komitəsinin əsas vəzifələri aşağıdakılardır:

 

2.1.    Milli Komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi.

2.2.    Milli Komanda üzvlərinin  yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi.

2.3.    Milli Komanda üzvlərinin  hüquqlarına riayət edilməsi.

2.4.    A-Milli Komanda üzvlərinin  karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə istiqamətləndirilməsi.

2.5.    Milli Komanda üzvləri və məşqçiləri tərəfindən futbol və  intizam qaydalarına riayət olunması.

2.6.    Məşq  prosesinin keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması.

2.7.    Hər bir məşqçinin işinin təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil edilməsi.

2.8.    Müxtəlif yaş qruplarında və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat təqdim edilməsi.

2.9.    AFFA-da məşqçilər üçün keçirilən kurslarda iştirak edilməsi

2.10.Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək.

 

3. MƏŞQÇİLƏR KOMİTƏSİNİN STRUKTURU

 

3.1 Məşqçilər Komitəsinin fəaliyyətinə rəhbərliyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından seçilir.

3.2.  Məşqçilər Komitəsi 5 üzvdən ibarət olaraq 1 il müddətinə seçilir.  

3.3. Məşqçilər Komitəsinin üzvləri yüksək kateqoriyada ən azı 10 illik iş təcrübəsinə və A kateqoriyalı lisenziyaya malik olmalıdır.

3.4. Məşqçilər Komitəsinin iclası ən azı ayda 1 dəfə keçirilir və hər bir iclas komitənin katibi tərəfindən protokollaşdırılır.

 

 

4. MƏŞQÇİLƏR KOMİTƏSİNİN HÜQUQ VƏ MƏSULİYYƏTİ

 

4.1 Məşqçilər Komitəsinin bütün qərarları tövsiyə xarakterlidir.

4.2 Məşqçilər Komitəsi aşağıdakı hüquqlara malikdir:

-          hər bir komitə üzvü Milli komandaların fəaliyyətinə dair istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;

-          İcraiyyə Komitəsinin müzakirəsinə Milli komandalarla bağlı əhəmiyyətli məsələləri  çıxarmaq və onları müzakirə etmək;

-          Komandaların fəaliyyətinə nəzarətə yekun vurmaq və onları təhlil etmək, nəticələr çıxarmaq və qərarlar qəbul etmək;

Məşqçilər Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:

-          qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;

-          alınmış nəticələrin vaxtında təhlilinin aparılması və müvafiq yazılı hesabatın təqdim olunmasına görə;

-          Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;

-            milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail