Arif Əsədov: "Meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq" - MÜSAHİBƏ

05.12.2014 | 3102 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.


- Arif müəllim, “Qarabağ” klubu ilə oyuna hazırlıq barədə məlumat verərdiniz.

- Kubok oyunundan sonra bütün diqqətimizi “Qarabağ” klubu ilə görüşə yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq.

- Bu futbolçuların yoxluğunda kimlərə şans verməyi düşünürsünüz?

- Biz son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehtiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, “Qəbələ” ilə oyunda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. “Qaradağ Lökbatan” klubu ilə kubok matçında Emin Mehtiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq.

- “Qarabağ” klubu ilə matçı 6 xallıq oyun kimi də qələmə vermək olar. Bu oyun liderlə xal fərqini azaltmaq baxımından da əhəmiyyətlidir.

- “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq.

- Son oyunlardakı ardıcıl xal itkiləri və heyətlə bağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?

- Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda stabil heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.

- Son oyunlarda start heyətində meydana çıxmış qapıçı Emil Balayev Almaniyanın “Ayntraxt” klubunda baxışdadır. Onun yoxluğu nə kimi təsir göstərir?

- Emil Balayev gənc və perspektivli qapıçıdır. Futbolda səhvlər qaçılmazdır. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi doğrultdu. Onu start heyətində meydana buraxmaqla legioner limitindən də daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidir. Gələcəkdə digər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail