Millimiz 3 pillə gerilədi

06.12.2014 | 3369 dəfə oxunub

UEFA Avropa milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, 54 yığmanın yer aldığı siyahıda Azərbaycan geriləyib.

Belə ki, ötənilki reytinqdə 16,901 xalla 44-cü olan millimiz bu dəfə 47-ci yerə yuvarlanıb. AVRO-2016-nın seçmə mərhələsində 4 oyundan xal toplaya bilməyən komandamız reytinqdə 14,311 xala malikdi.

Rəqiblərimiz olan İtaliya 4-cü (34,765), Xorvatiya 9-cu (32,392), Norveç 20-ci (27,929), Bolqarıstan 36-cı (20,376) və Malta 51-ci (11,470) yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 38,286 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir. İlk pilləni Bundestimə təhvil verən İspaniya 2-ci (36,263), İngiltərə isə 3-cü (35,903) pillədədi.

Xatırladaq ki, yığmaların reytinqi AVRO-2016-nın final mərhələsinin püşk atması vaxtı komandaların bölgüsünə təsir edəcək. Püşk atma 2015-ci ilin 12 dekabrında baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail