Liderin "Neftçi" sınağı, "Bayıl Arena"da əyalət dueli

06.12.2014 | 3934 dəfə oxunub

Sabah Topaz Premyer Liqasında XV tura start veriləcək. Stadium.Az xəbər verir ki,turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək. 4 görüşün baş tutacağı turda “Bakı” istirahət edəcək.

XV tur mərkəzi oyunla başlayacaq. Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni sınağa çəkəcək. Qurban Qurbanovun komandası doğma meydan amilindən istifadə edərək, zirvədəki yerini bir qədər də möhkəmləndirməyə çalışacaq. “Ağ-qaralar” isə “Qarabağ”la 5 xallıq fərqi azaltmaq niyyətindədilər. “Neftçi” səfərdə qalib gəlməklə, həm də 3 turluq qələbəsizlik seriyasına da son qoya bilər.

Günün ikinci görüşü Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. “Gənclik şəhəri” təmsilçisi evdəki oyunda bir müddətdi davam edən uğursuzluq sindromunu qırmağa çalışacaq. “Simurq”un əsas hədəfi isə iki tur öncə “Qəbələ” ilə səfər oyunundakı uğuru təkrarlamaqdı. Hazırda 17 xalla 4-cü pillədə olan Zaqatala təmsilçisini “İnter”dən cəmi 4 xal ayırır.

Turun digər maraqlı oyunu “Bayıl Arena”da keçiriləcək. “Xəzər Lənkəran” “Qəbələ”ni məhz bu arenada qəbul edəcək. Ötən tur istirahət edən cənublular qələbə qazanmaqla həm “Simurq”u geridə qoymağa, həm də ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini artırmağa çalışacaq. Sözsüz ki, Dorinel Muntyanunun komandası da paytaxta iddiasız gəlməyib. Əyalət təmsilçisi çətin səfərdən ən azı 1 xalla qayıtmağa ümid edəcək.

Tura elə paytaxtda yekun vurulacaq. Günün son qarşılaşmasında “İnter” və AZAL klubları üz-üzə gələcəklər. “Şəfa”dakı oyuna hər iki tərəf eyni məqsəd üçün çıxacaq. Liderlər qrupundan uzaq düşmək istəməyən “bankirlər”i ancaq qələbə qane edəcək. Elə qonaqlara da 3 xal hava-su kimi lazımdı. “Təyyarəçilər” aşağı pillələrdən uzaqlaşmaq üçün mütləq “İnter”dən xal və ya xallar qoparmalıdı. Hazırkı məqamda bank klubu favorit hesab olunsa da, Tərlan Əhmadovun komandası sürpriz etmək iqtidarındadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail