"Bakı" daha iki futbolçu transfer edir

18.08.2011 | 4181 dəfə oxunub

"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, klub rəsmisi geridə qalan 2 tur və qarşıdakı "İnter"lə oyun haqda danışıb:

"Çempionat hələ yeni başlayıb. İki tur arxada qalsa da, komanda gözlədiyimiz oyunu sərgiləyə bilmədi. Lakin həvəsdən düşmək olmaz.

Bu hələ çempionatın başlanğıcıdır. "Qəbələ" ilə oyunda qeydə alınan heç-heçəni hardasa qəbul etmək olarsa, "Simurq"a qalib gəlməli idik. Ancaq təssüf ki, komandanın oyunu alınmadı. Bunu futbolçular da təsdiqləyir.

Artıq növbəti görüşlərə hazırlaşmalıyıq. Qarşıda bizi "İnter"lə çətin sınaq gözləyir. Ümid edirəm ki, növbəti turlarda komanda öz oyununu tapacaq. Bildiyiniz kimi, komandada yeni kollektiv var. Ona görə də, rəhbərlik olaraq komandanın işinə müdaxilə etmək istəmirik. 

Hər şeyi məşqçilərin öhdəsinə buraxmışıq. Burada baş məşqçi böyük məsuliyyət daşıyır. Çünki komandaya birbaşa cavabdeh məhz baş məşqçidir. Əminəm ki, "Bakı" öz gücünü göstərəcək. Hər kəs də bilməlidir ki, "Bakı" var və bu komanda yenə də çempionluğa oynayacaq.

Məmmədov eyni zamanda komandanın transfer siyasətinə də münasibət bildirib: "Avqustun 31-nə kimi daha bir neçə transfer etməyi planlaşdırırıq. Alacağımız iki futbolçu isə yarımmüdafiə mövqeyinə olacaq. Çünki bu mövqedə boşluqlar hiss olunur. Əgər komanda qol buraxmırsa, deməli müdafiə qaydasındadır. Əsas problem hücum xəttindədir.

Məhz yarımmüdafiəçilər hücumçuları topla təmin etməlidirlər ki, onlar da qolunu vursunlar. Yeni transferlərimiz də legioner olacaq. Çünki bu mövqeyə yerli futbolçu görmürük. "Simurq"la oyundan sonra çoxları "Bakı"nın bu mövsüm uğur qazanacağına şübhə ilə yanaşır. 

Ancaq onlar yanılırlar. Düşünürəm ki, bizim düz yolda olub-olmadığımızı zaman göstərəcək. Ona görə də, komandaya və məşqçilərə bir qədər vaxt vermək lazımdır. İnanıram ki, "Bakı" öz gücünü göstərəcək".

rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail