«Şuşa» Nadir Qasımovla yollarını rəsmən ayırdı EKSKLUZIV

05.01.2011 | 6772 dəfə oxunub

«Şuşa» klubu baş məşqçi Nadir Qasımovla yollarını rəsmən ayırıb. Bu barədə saytımıza klubun idman direktoru Mustafa Mehmet Kayrım məlumat verib. Mehmet bəy məsələyə belə aydınlıq gətirdi: «Bəli, Nadir Qasımovla yollarımızı ayırdıq. Bu günə qədər «Şuşa» klubu üçün etdiyi hər şeyə görə Nadir müəllimə minnətdarlığımızı bildiririk. Amma bu addımı atmaq məcburiyyətindəydik. Məsələ ondadır ki, Qasımov komandaya gəldikdən sonra «Şuşa»nı I Divizionda 10 oyuna çıxarıb və mümkün 30 xaldan 4-nü qazanıb. Bu isə heç kimi qane edə bilməz. Bu səbəblər üzündən komandada böyük dəyişikliklərə ehtiyac vardı. Komandada əvvəlki heyətdən cəmi bir neçə nəfər qalıb. Bütün heyət dəyişəcək. Baş məşqçidən başqa onun köməkçiləriylə də yollar ayrılıb. Yalnız Vadim Vasilyevi heyətdə saxlamağı düşünürük. Təbii ki, o da bunu istəsə. Vadimin qalması çox yaxşı olardı. Bu barədə bu gün onunla danışığımız olacaq. Daha sonra bir yerli köməkçi məşqçi də olacaq heyətdə. Yeni baş məşqçi isə Mətin Dəmirkıran olacaq. O, artıq Bakıdadır və sabahdan komandanı məşqlərə Mətin bəy çıxaracaq».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail