"Lokomotiv"ə texniki məğlubiyyət verildi - RƏSMİ

09.12.2014 | 2851 dəfə oxunub

İntizam Komitəsinin iclasında Birinci divizionun son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib. Stadium.Az xəbər verir ki, İK "Ağsu" ilə oyunun ikinci hissəsinə çıxmayan "Lokomotiv"ə texniki məğlubiyyət verib.

Bundan başqa, “Kəpəz”  – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

"Şəmkir”  – “Göyəzən” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 29-cu dəqiqəsində “Göyəzən”  klubunun 29 №-li futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

"Qaradağ Lökbatan”  – “Rəvan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 45-ci dəqiqəsində “Qaradağ Lökbatan”  klubunun 7 №-li futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunurOyunun 84-cü dəqiqəsində “Qaradağ Lökbatan”  klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur .

“Ağsu”  – “Lokomotiv” matçında “Lokomotiv” klubu matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun gedişində “Lokomotiv” klubunun  futbolçusu zədələnmiş və bununla da yetərsay təmin olunmamışdır. Buna  görə də “Lokomotiv” klubuna  0:3 hesablı texniki məğlubiyyət verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail