İlk sloveniyalı və ya 80-ci legioner

18.08.2011 | 5418 dəfə oxunub

Premyer Liqanın II turu daha bir futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, sloveniyalı Dejan Rusiç karyerasında ilk dəfə cənub klubunun formasında meydana çıxıb. AZAL-la səfər oyununun son 9 dəqiqəsində iştirak edən hücumçu "Xəzər Lənkəran"ın tarixinə 132-ci futbolçu kimi düşüb.

Dejan cari mövsüm komandada debüt edən 6-cı futbolçu olub. Ondan əvvəl Avroliqa oyunlarında baş məşqçi Mirça Rednik Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa debüt imkanı verib.
 
Bu matçadək komandanın şərəfini qorumuş 131 oyunçudan 52-si yerli, 79-u əcnəbi olub. Rusiç bu siyahıya 80-ci legioner kimi düşüb. O, həm ilk sloveniyalı kimi klubun tarixinə düşüb. Rusiçə qədər komandada oynamış gəlmələrin təmsil etdiyi 28 ölkə arasında Sloveniya olmayıb. Bu ölkə "Xəzər Lənkəran"a oyunçu verən 29-cu ölkə olub.
 
"Xəzər Lənkəran" forması geyinən legionerlər ölkələr üzrə:

Rumıniya - 18, Braziliya - 10, Türkiyə - 9, Belarus, Serbiya - hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva - hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d'ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya - hərəsi 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail