"Rəqibin kimliyindən asılı olmayaraq..."

10.12.2014 | 5972 dəfə oxunub

"Avropada çıxış etdiyimiz ilk oyundan bəri özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışdıq. Bizi bəlkə də ən ciddi oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə olsun. Bunun üçün bacardığımız hər şeyi edəcəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda deyib. Avroliqanın qrup mərhələsinin son turunun "İnter"lə oyunu öncəsi medianın qarşısına çıxan braziliyalı futbolçu oyunun məsuliyyətini yaxşı dərk etdiklərini bildirib:

"Komandada zədəli futbolçular da bilirlər ki, vacib oyundur. Hamısı bizə dəstək olurlar, oynamayanların hər biri yanımızdadır". 

Zədəli Reynaldo Silva haqda da danışan Riçard həmvətənlisinin olmamasını ciddi itki adlandırıb: "Reynaldo çox yaxşı futbolçudur. Təbii ki, onun oynamaması bizim üçün böyük itkidir. Amma bizim komandada başqa dəyərli futbolçular da var. Əminəm ki, onlar bu oyunda da Reynaldonun yoxluğunu bizə hiss etdirməyəcəklər".

Almeyda sonda iddialı danışıb: "Elə bil insanam ki, meydana girəndə ancaq qələbəyə köklənirəm. Düşünürəm ki, meydandan qələbəylə ayrılacağıq. Rəqibin kimliyindən aslı olmayaraq, ancaq bunu düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail