"Qarabağ"ı 1/16 finalda gözləyən "təhlükə"

11.12.2014 | 8692 dəfə oxunub

"Qarabağ"ın 1/16 final mərhələsindəki potensial rəqiblərindən 4-ü müəyyənləşib. Stadium.Az xəbər verir ki, Ağdam klubu qrupdan çıxacağı halda "pley-of"da Çempionlar Liqasında öz qruplarını 3-cü pillədə tamamlayan 8 komandadan 4-ü - Rusiyanın "Zenit", Yunanıstanın "Olimpiakos", Portuqaliyanın "Sportinq" və İspaniyanın "Atletik" klublarından biri ilə üzləşə bilər.

Dekabrın 15-də keçiriləcək püşkatma zamanı bu komandalar Avroliqada öz qruplarını birinci pillədə başa vuran 12 komanda ilə birgə səpələnmişlər səbətində yer alacaqlar. Hələlik İtaliyanın "İnter", Avstriyanın "Zalsburq", Rusiyanın "Dinamo" (Moskva), İngiltərənin "Everton", İtaliyanın "Fiorentina" klubları qrup birinciliyini təmin edib. Qalan 7 qruplarda ilk pillələrin sahibləri bu axşam keçiriləcək VI tur qarşılaşmalarından sonra müəyyənləşəcək. Əsasnaməyə görə, bu komandalardan yalnız "İnter" "Qarabağ"a rəqib ola bilməz. Çünki hər iki komanda eyni qrupda mübarizə aparır. 

Azərbaycan təmsilçisi mərhələ adlayacağı halda, Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan Belçikanın "Anderlext", Hollandiyanın "Ayaks", İngiltərənin "Liverpul", İtaliyanın "Roma", eləcə də Avroliqada öz qruplarını 2-ci pillədə tamamlamış Şotlandiya "Seltik"i və Hollandiya PSV-si ilə birgə səpələnməmişlər səbətinə düşəcək. Bu səbətin qalan komandaları bu gecə məlum olacaq.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. "Qarabağ" qrupdan çıxmaq üçün bu gün "İnter"i yenməlidir. Heç-heçə təqdirində isə Ağdam komandası F qrupunun paralel görüşündə Ukrayna "Dnepr"i ilə Fransa "Sent Etyen"inin meydanı 1 xalla tərk etməsini gözləməlidir. 



  #1   Adınız: xalid;   E-mail: [email protected]

12.12.2014 14:48

Əla

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail