"Qarabağ" "İnter"ə qalib gəlsə, hamıya qonaqlıq verəcəm"

11.12.2014 | 3960 dəfə oxunub

“Qarabağ” bu oyunda qalib gələcək və növbəti tura yüksələcək”.  Stadium.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında deputat Aqil Abbas deyib. "Qarabağ"ın oyunları zamanı həyəcanlandığınıgizlətməyən millət vəkili millimizə "ilişib":  

“Türkiyə yığmasının və “Qarabağ” klubunun oyunlarına sakit baxa bilmirəm. Bu oyunları izləyəndə çox həyəcanlanıram. “Qarabağ”ın Hollandiyanın “Tvente” klubu ilə oyununa baxan zaman həyəcandan ürəyim getmişdi. Amma Azərbaycan yığmasının oyununa məmuniyyətlə baxa bilirəm. Çünki bilirəm ki, uduzacaqlar və həyəcanlanmıram”.

Aqil Abbas qeyd edib ki, “Qarabağ” bu oyunda qalib gəlsə, hamıya qonaqlıq verəcək: “Bu futboldur və hər bir nəticə ola bilər. Klubumuz qrupda 5 xal topladı. “Dnepr” və “Sent-Etyen” klubu ilə səfər oyunlarında öz sözünü dedi. “Qarabağ” klubu Avropaya adını yazdırıb. Əminliklə deyirəm ki, bu oyunda qalib gələcəyik. “Qarabağ” “İnter”ə qalib gəlsə, hamıya qonaqlıq verəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail