Prosineçki:"Bir nəfərin özbaşınalığı bütün Azərbaycanı məyus etdi"

12.12.2014 | 4656 dəfə oxunub

Azərbaycan milli komandanın baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu ilə bağlı affa.az saytına fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis matçın baş hakimi Miroslav Zelinkanın qərəzli qərarına münasibətini açıqlayıb:

“Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı. “Qarabağ”ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! “Qarabağ” həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu  qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu.

Milli üzvlərinin çıxışına da toxunan Prosineçki onlarda razı qaldığını dilə gətirib: "Millinin üzvlərinə gəlincə, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər. Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail