"Qarabağ"ın heç-heçəsi ən çox Aqil bəyin işinə yaradı"

12.12.2014 | 4978 dəfə oxunub

Millət vəkili Fazil Mustafa "Qarabağ”ın Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "İnter”ə qarşı keçirdiyi oyun (0:0) haqda fikirlərini öz "facebook" hesabından bildirib. Stadium.Az xəbər verir ki, deputat bunları yazıb:

"Qarabağ"ın oynunu stadiondan izlədim. Çox gözəl atmosfer vardı. Tamaşaçılara həqiqətən təşəkkür düşür. Fədakarcasına komandanı dəstəkləyirdilər. Maksimalist olmayaq, bu həqiqətən də "Qarabağ"ın ciddi uğuru sayılmalıdır. Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə "İnter" kimi klubla üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ "Qarabağ"ın əsas oyunçularından 5-6-sı zədəli vəziyyətdə idi və bu şərtlərdə sabit oyun göstərmək həqiqətən ağır idi. Ancaq Qurban Qurbanov və komandası xarakter göstərə bildi. Oyunçuların davranışı həmişəki kimi mədəni idi. Klub rəhbərliyi də hər oturacağın yanına klubun bayrağını qoymuşdu və oyun ərzində bu bayraqları ürəkdən yellədik. Stadion yaxşı təmir olunub. Ancaq stadiona girişdə başıpozuqluq müşahidə olunur. Bir əlil vətəndaşın qapılara yaxınlaşması demək olar ki, mümkünsüz. Basabasda sağlam adamın əlil olması təhlükəsi də az deyil. Təmirdən sonra ilk dəfə idi burada olurdum. Az sayda da olsa qadın azarkeşlərin gəlməsi müsbət haldır, mədəni mühit olarsa, daha rahatlıqla xanımlar da stadionda komandaya dəstək verə bilərlər. Türkiyədə baxırsınız, başıaçıq və ya hicablı olsun, fərq etməz, xanımlar bir yerdə xeyli rahatlıqla stadiona gələ bilirlər. Məncə iki məsələyə də xüsusi diqqət yetirilməlidir: oturduğum yerdə bir neçə nəfər yaxınlaşıb yer nömrəmlə maraqlandı. Bu zaman spirtli içki qəbul etdiklərini sezdim. Bu cür azarkeşlər müəyyən olunduqda təhlükəsizlik qüvvələri tərəfindən stadiondan çıxarılması məqsədəuyğun olardı. Bir də yanımda oturan 50-55 yaşında bir vətəndaş siqaretiinin tüstüsü ilə 90 dəqiqə heç də oyunun hakimindən az əsəblərimizə təsir göstərmədi. Bildiyim qədər Avropa ölkələrində ayrıca siqaret çəkilən yerlər ayrılır və kim istədisə oyun zamanı gedib o küncdə zəhər qəbul edir. Başqasının üzünə tüstünü ufurmək şansını adamın əlindən alırlar.


Bir daha oyunçularımıza fədakarlığa, gözəl futbol matçı izlətdiklərinə görə təşəkkür edirəm.
Sonda yadıma düşdü, dostum Aqil Abbas saytların birinə demişdi ki, "Qarabağ" udsa, hamıya qonaqlıq verəcəyəm. İndiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitməmişdim. Təsəvvür edin ki, Aqil bəy, hamı deyəndə, böyüklü-kiçikli Azərbaycanda hazırda yaşayan haradasa 7 milyon adamı nəzərdə tutmuşdur. Adambaşına bir dönər hesabı ilə topdansatış qiyməti ilə bir manatdan götürsək, düz 7 milyon manat edir. Bu minvalla, "Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox Aqil bəyin işinə yaradı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail