Sadıq Sadıqov Balayevin "Ayntraxt"a transferindən danışdı

15.12.2014 | 4223 dəfə oxunub

"Neftçi”nin prezidenti Sadıq Sadıqov Emil Balayevin “Ayntraxt” klubuna keçidi ilə bağlı fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında Balayevin "Ayntraxt"da Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcəyinə inandığını deyib:

"Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Son illərdə aparılan gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik. "Neftçi"də çıxış etmiş Emil Balayev həm də milli komandamızın üzvüdür. Onun bir qapıçı kimi yetişməsi də son illərdə gənc və yerli oyunçulara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz inanırıq ki, Emil Balayev "Ayntraxt"ın heyətində möhkəmlənərək, Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək. "Neftçi"nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçu yetişməkdədir. Şübhəsiz ki, onlar da gələcəkdə "Neftçi"nin heyətində möhkəmlənərək uğurlu legioner həyatı yaşayacaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail