"Qarabağ"ın yubileylə qırılan seriyası

15.12.2014 | 4879 dəfə oxunub

"Qarabağ"ın Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.Az xəbər verir ki, texniki nəticə nəzərə alınmasa, cari mövsüm ilk dəfə meydanı başıaşağı tərk edən Ağdam təmsilçisinin yeganə məğlubiyyəti məhz texniki nəticədən ibarət idi. “Sumqayıt”la ilk turdakı yenilgini (-:+) nəzərə almasaq, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün 36-cı turunda uduzmuşdu. Mayın 17-də səfərdə “Xəzər Lənkəran”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ” 211 gündən sonra “Qəbələ” ilə qarşılaşmada (1:2) meydandan xalsız ayrılıb. Bu müddətdə texniki nəticəsiz 12 görüş baş tutub.

“Qəbələ”yə məğlubiyyət “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə uduzduğu 100-cü matçdır. Rəqib meydanlarında 314-cü oyunda 100-cü dəfə xalsız qalan komanda “Turan” (139) və MOİK-dən (103) sonra səfərdə daha çox uduzan 3-cü komandadır.

“Qəbələ” ilə görüş Cavid Tağıyev üçün də əlamətdar olub. Cari mövsüm 11-ci oyununa çıxan yarımmüdafiəçi Premyer Liqada 100-ə çatıb. O, “Turan”da 37 oyunda 3 qol vurub: 2008/09 – 2, 2009/10 – 4 (1), 2010/11 – 16 (1), 2011/12 – 15 (1). Cavid AZAL-da  52 oyuna 6 qol vurub: 2012/13 – 26 (5), 2013/14 – 26 (1). 2014/15 mövsümündən “Qarabağ”da çıxış edən Tağıyev bu klubdakı 11 mattçda 1 dəfə fərqlənməklə, oyun sayını 100-ə, qol hesabını 10-a çatdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail