Prosineçki: "Onlar mənim üçün önəmli oyunçulardı"

15.12.2014 | 3440 dəfə oxunub

"Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm". 

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Premyer Liqanın 16-cı turunda izlədiyi iki oyun haqda danışan xorvatiyalı mütəxəssis fikirlərini affa.az saytına açıqlayıb:

"İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi. “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

“Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar  mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail