"Qəbələ"də növbəti məşqçi fiaskosu: Qriqorçuk "Çernomorets"dən qovulmayıb

15.12.2014 | 4129 dəfə oxunub

"Çernomorets" rəhbərliyi komandanın məşqçilər korpusunun, eləcə də baş məşqçi Roman Qriqorçukun istefa verdiyi barədə xəbərləri təkzib edib. Stadium.Az xəbər verir ki, klubun baş direktoru Sergey Kernetskoqo mütəxəssisin istirahətdə olduğunu bildirib:

"Məşqçilər korpusumuz istirahətdədir. Onların istefa verməsi, qovulması barədə xəbərləri kimin yaymasından məlumatımız yoxdur. Mənim isə cavabım belədir: məşqçilərimiz hazırda istirahət edirlər".

Komandanın qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko da yerli mətbuata açıqlamasında istefa vermələrini təkzib edib: "Hə, hə, mən də oxumuşam ki, istefa vermişəm (gülür). Amma əslində biz istirahətə yollanmışıq. Bu xəbərlər məni də təəccübləndirdi. Yəqin ki, belə xəbərləri az oxumaq lazımdır".

Qeyd edək ki, hazırda Azərbaycanda olan Qriqorçuk "Qəbələ" ilə danışıqlar aparır. O, hətta klubun təlim-məşq bazası ilə tanış olub, ötən gün bu komandanın "Qarabağ"la oyununu izləyib.

Ancaq "Qəbələ" rəhbərliyi bu dəfə işini ehtiyatlı tutmalıdı. Çünki mövsümün əvvəlində İvaylo Petevlə də ilkin razılıq əldə olunmuşdu. Ancaq son anda bolqarıstanlı mütəxəssis AEL-lə müqaviləsini uzadaraq, əyalət təmsilçisini pis vəziyyətdə qoymuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail