"Kəpəz" "Qarabağ" qarşısında 9 illik həsrətə son qoya biləcəkmi?

19.08.2011 | 5177 dəfə oxunub

"Qarabağ" bazar günü premyerliqanın III turunda "Kəpəz"lə qarşılaşacaq. Stadium.az xəbər verir ki, tarixini 1992-ci ildən götürən "Qarabağ" - "Kəpəz" dueli sayca 38-ci dəfə baş tutacaq (4 oyun kubokda). 

Tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.

İndiyə kimi baş tutan 33 oyunda "Kəpəz"in üstünlüyü diqqəti cəlb edir. Ağdam klubunun 12 qələbəsinin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olublar. 7 görüşdə isə komandalar 1 xala razı olub. 

Topların fərqinə gəlincə, "Qarabağ" vurduğu 38 qolun qarşılığında 47 dəfə məyus olub.  Bu da var ki, ağdamlılar 9 ildi rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 3:0-lıq məğlubiyyətdən sonra "Qarabağ" baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu isə qələbəylə başa vurub.

Ötən mövsüm "Qarabağ" hər 2 oyunda qələbə qazanıb. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş "ev" oyununda 3:0-lıq qələbə qeydə alınıb. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev komandalarının mövsümdəki ilk böyükhesablı qələbələrini rəsmiləşdiriblər. Bu il  fevralın 20-sində Gəncədə baş tutmuş cavab görüşündə isə Ağdam klubu Adamiyanın vurduğu  yeganə qolla qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail