Aleksandr Səmədov Rusiya millisindən imtina etdi

20.08.2011 | 5693 dəfə oxunub

Moskva "Dinamo"sunun futbolçusu Aleksandr Səmədov Rusiya milli komandasında oynamaqdan imtina edib. Stadium.az xəbər verir ki, 27 yaşlı soydaşımız bu ölkənin yaxında yaradılan 2-ci yığmasında çıxış etməkdən boyun qaçırıb. Səmədov Rusiyanın əsas yığmasından dəvət gözlədiyindən, onun əvəzedicilərində oynamağa özünü layiqli saymır. 

Rusiyada doğulub, boya-başa çatan Aleksandrın atası əslən Gəncədəndir. Yarımmüdafiəçi tarixi vətəninə hələ 2003-cü ilin avqustunda dəvət olunsa da, milli komandamızın düşərgəsində qısa müddət olub, Moskvaya qayıtdıqdan sonra isə Azərbaycan millisində oynamaqdan imtina etdi. Rusiya yığmasını seçən Səmədov U-21-də oynadı və yaşı ilə əlaqədar orada çıxışını başa vurduqdan sonra milliyə heç vaxt dəvət almayıb. Rusiyada 2-ci yığma yaradılmaqla, milliyə namizədlər ora çağırılsa da, Aleksandr orada yer almamağı üstün tutub. 

Rusiyanın əsas yığmasının hollandiyalı baş məşqçisi Dik Advokat Səmədovu namizəd saysa da, Avro-2012-in seçmə mərhələsində Makedoniya ilə ev oyununa dəvət etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail