"İnanırıq ki, UEFA xeyirimizə qərar qəbul edəcək"

24.12.2014 | 3956 dəfə oxunub

"Azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub. Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün həqiqətən azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, fevral ayının 5-də UEFA bizim xeyirimizə hansısa qərar qəbul edəcək. Amma bu o demək deyil ki, bu qərar "Qarabağ"ın qrupdan çıxmasını və bizim növbəti mərhələdə oynamağımızı təmin edəcək. Çünki futbol tarixində hələ belə bir şey olmayıb”.

İlin məşqçisi seçilməsinə də münasibət bildirən təcrübəli mütəxəssis bunları deyib: "Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu dəfə isə mütləq səs çoxluğu ilə qalib gəldim. Bu isə mənim məşqçilik məsuliyyətimi daha da artırır. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm".

Mükafatı peşəkar boksçu Fariz Məmmədovdan almasına da toxunan Q.Qurbanov deyib: "Fariz mənim uzun illər tanıdığım dostumdur. Bu hədiyyəni mənə onun təqdim etməsi gözlənilməz oldu. İnanıram ki, gələcəkdə uğurlarımızın davamı gələcək və bizə dəstək olan bütün insanları  öz naliyyətlərimizlə sevindirəcəyik." (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail