"Qarabağ" Emeqaraya əvəzləyici tapdı

25.12.2014 | 6445 dəfə oxunub

İnnosent Emeqaranın gedişindən sonra "Qarabağ" forvard axtarışına çıxıb. Baş məşqçi Qurban Qurbanov da mətbuata açıqlamasında qışda bir hücumçu ilə güclənəcəklərini bildirmişdi. 

Stadium.Az xəbər verir ki, "Sportinfo.az" Qurban Qurbanova "Qarabağ" üçün təklif edilən forvardlardan birinin adını dəqiqləşdirib. Etibarlı mənbədən daxil olan məlumata görə, "Qarabağ"a təklif edilən forvard Markus Pedersendi. 

1990-cı ildə Norveçin Hamar şəhərində doğulan Pedersenin ilk peşəkar komandası “HamKam” olub. 2007-2008-ci ildə burada 9 oyun keçirən forvard 2009-2010 mövsümün “Stromsqodset”də keçirib və 40 oyuna 17 qol vurub.

İlk legioner həyatını isə Hollandiyanın “Vitess” klubunda yaşayıb. 2010-2014-cü illərdə bu klubun futbolçusu olan Markus cəmi 27 oyuna çıxıb və 6 qol vurub. Zədə səbəbindən o, çox oynaya bilməyib. “Vitess”də olarkən “Valerenqa”, “Odense” və “Barsnli” klublarına da icarəyə verilib.

 

2014-cü ilin qış mövsümündən sonra isə Norveçə, bu dəfə “Brann”a dönüb. Pedersen Norveçin aşağı yaş qruplarından olan bütün yığmalarda forma geyinib. 2013-cü ildən bu yana isə Norveç millisinin üzvüdü. Belədə Pedersenin illik əməkhaqqı "Qarabağ" tərəfini razı salsa və Qurbanovun bu forvardı heyətində görmək istəsə, qışdan sonra norveçli ölkəmizdə çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail