Qollar, vərəqələr, azarkeşlər - STATİSTİKA

26.12.2014 | 4484 dəfə oxunub

Premyer Liqada 2014/2015 mövsümündə 18 tur arxada qalıb. Stadium.Az xəbər verir ki, "Sumqayıt"ın rəsmi saytı vurulan, buraxılan qollar, vərəqələr və azarkeşlərlə bağlı bəzi məqamlara toxunub.

"Sumqayıt" FK 2014/2015 mövsümünün ilk iki dövrəsində 16 qol (I tur +3 "Qarabağ") vurub və qapısından 27 top buraxıb. Arxada qalan 18 turda komandanın ən sərrast futbolçusu Məhəmməd Qurbanovdur. 22 yaşlı forvard 7 qolla klubdaxili siyahıya başçılıq edir. Nəzərinizə çatdıraq ki, Məhəmməd 2 qolu penaltidən aktivinə yazıb. Həmçinin, adıçəkilən futbolçumuz Premyer Liqanın bombardirlər siyahısında Nurlan Novruzov (Bakı) və Mikel Alvarodan (İnter) sonra siyahıda 3-cü pillədə qərarlaşıb.

Yarımmüdafiəçimiz Orxan Əliyev isə 4 qolla "Sumqayıt" FK-nun ikinci ən sərrast futbolçusudur. Kiyan Sultanpur və Tofiq Mikayılovun aktivində isə 2 qol var. Bir qol isə Ramazan Abbasov tərəfindən qeydə alınıb.

"Sumqayıt" FK arxada qalan 2 dövrə ərzində qapısından 27 top buraxıb. Andrey Popoviç qapısında 15, Şahruddin Məhəmmədəliyev isə 12 top görüb.

"Sumqayıt" FK-nun futbolçuları 2 dövrə ərzində yalnız bir görüşdə qırmızı vərəqə ilə cəzalandırılıb (Vurğun Hüseynov).

Arxada qalan turlar ərzində komandamızın heyətində ən çox sarı vərəqə alan futbolçu isə Aleksandr Çertoqanovdur. O, 6 görüşdə hakimlər tərəfindən bu cəzaya məruz qalıb. Müdafiəçimiz Bəxtiyar Həsənalızadə isə 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

"Sumqayıt" FK arxada qalan 18 turun 9-da rəqiblərini doğma meydanda qəbul edib. Komandamızın "Kapital Bank Arena"da keçirdiyi görüşləri 11780 tamaşaçı izləyib.

VURULAN QOLLAR: Məhəmməd Qurbanov 7 (2), Orxan Əliyev - 4. Kiyan Sultanpur - 2. Tofiq Mikayılov (2), Ramazan Abbasov.

BURAXILAN QOLLAR: Andrey Popoviç - 15, Şahruddin Məhəmmədəliyev - 12.

SARI VƏRƏQƏLƏR: Aleksandr Çertoqanov (6), Bəxtiyar Həsənalızadə (5), Tagim Novruzov (4), Orxan Əliyev - 4, Nodar Məmmədov (4), Vurğun Hüseynov (3), Tərzin Cahangirov (3), Məhəmməd Qurbanov (2), Şahruddin Məhəmmədəliyev (2), Slavik Alxasov (2), Ramazan Abbasov, Ruslan Poladov, Tofiq Mikayılov, Budaq Nəsirov, Təvəkkül Məmmədov.


QIRMIZI VƏRƏQƏ: Vurğun Hüseynov.

"Kapital Bank Arena" azarkeş sayı: 
9 tur ərzində (11780 nəfər tamaşaçı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail