Nikolov: "İndidən baş məşqçi axtarışlarına başlamalıyıq"

26.12.2014 | 3837 dəfə oxunub

"Bakı" "İnter"inin  baş məşqçisi Kaxaber Sxadadze klub prezidenti Georgi Nikolovu xəbərdar etmədən Gürcüstan millisinin sükanı arxasına keçib. Stadium.Az xəbər verir ki, bu barədə "Report.az"a G.Nikolovun özü açıqlama verib.

Hazırda vətəni Bolqarıstanda olan klub prezidenti K.Sxadadzenin ondan xəbərsiz klubun fəxri prezidenti və Direktorlar Şurasının sədri Cahangir Hacıyevlə danışıqlar aparmasını və eyni vaxtda iki yerdə işləməyə razılıq almasını düzgün hərəkət saymayıb:

"Mən daim Sxadadzeyə dəstək olmuşam. Hətta komandamız üçün ən çətin və yayda daha sərfəli təkliflərin gəldiyi vaxtlarda onu saxlamağa çalışmışam və buna nail olmuşam. İndi isə mənim xəbərim olmadan cənab Hacıyevlə danışıqlar aparması və məni pis vəziyyətdə qoyması, yumşaq desəm, qeyri-centlmen davranışdır. Bəlkə də hazırda xaricdə olduğumdan, birbaşa fikrimi öyrənməyib. Amma elektron poçt və digər vasitələrlə öyrənməsi mümkün idi".

G.Nikolov 46 yaşlı mütəxəssisin eyni vaxtda iki yerdə işləməsindən "İnter"in daha çox əziyyət çəkəcəyini bildirib. Onun sözlərinə görə, K. Sxadadze müxtəlif ölkələrin çempionatlarında çıxış edən gürcüstanlı futbolçuları izləməli, səfərlərdə olmalı, Gürcüstan millisinin təlim-məşq toplantılarını təşkil etməlidir:

 "Bütün bunlar "İnter"in hazırlıq prosesinə problem yaradacaq. Ona görə də elə indidən baş məşqçi axtarışlarına başlamalı və fevraladək Sxadadzeni əvəzləyəcək şəxsi tapmalıyıq. Hazırkı baş məşqçimizin mövsümün sonunadək "İnter"in sükanı arxasında qalması tərəfimizdən məcburi addım olacaq".   

Qeyd edək ki, Kaxaber Sxadadze dekabrın 25-də Gürcüstan milli komandasına baş məşqçi təyin olunub. Gürcüstan Futbol Federasiyası ilə bağladığı müqaviləyə əsasən, K.Tsxadadze 2015-ci ilin iyununadək həm "İnter" və millinin sükanı arxasında olacaq, sonra isə klubu tərk edərək, 2017-ci ilin sonlarınadək yalnız qonşu ölkə millisində çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail