Oğuz Çətin: "Xəzər Lənkəran"ın strategiyasındakı dəyişikliklərə görə..."

28.12.2014 | 3433 dəfə oxunub

"Azərbaycanda işlədiyim müddətdən sonra "Futbol arenası" verilişində olmağım gündəmə gəldi və mən də bunu yaxşı tərəfdən dəyələndirmək istəyirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin deyib. Türkiyəli çalışdırıcı cənub klubundan ayrıldıqdan sonra ölkəsinin "TRT Spor" kanalının "Futbol arenası" verilişində daimi ekspert vəzifəsində işləyəcək.

51 yaşlı mütəxəssis canlı yayımda Azərbaycan və “Xəzər Lənkəran”la bağlı fikirlərini bildirib: “Həmçinin sizlə, Ərman Toroğlu ilə birgə burada olmaq da çox gözəldi. Azərbaycanda 1 il çalışdım. Bunun yarım ilini “Xəzər Lənkəran”da Mustafa Dənizlinin köməkçisi vəzifəsində işlədim. Qalan müddətdə isə komandanı tək çalışdırdım. Orada çox dəyərli insanlarla işlədim. Əvvəlcə Mustafa hoca ilə Azərbaycanda çox önəmli işlər gördük. Ən əsası isə komandanın prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovun böyük dəstəkləri sayəsində hazırlıqlara davam etdim. “Xəzər Lənkəran”da çox əla ab-hava var. Lakin son günlər komandanın strategiyasındakı dəyişikliklərə görə bir qərara gəlib, klubdan ayrıldım. Ancaq Azərbaycan deyəndə, oradakı bir çox xatirələri daşıyaraq ayrıldım. Hər kəsə təşəkkür etmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail