Premyer Liqanın ən uğursuzları - TOP 10

30.12.2014 | 3505 dəfə oxunub

Premyer Liqada ilk yarı başa çatdı. Stadium.az xəbər verir ki, ilk iki dövrənin 18 turundan sonra "Qarabağ" qış fasiləsinə çempion kimi yollandı. Klublarımızın yayda böyük ümidlərlə transfer etdiyi, amma ümidləri doğrultmayan 10 futbolçunu müəyyənləşdirib. Həmin siyahını təqdim edirik.

Mirzağa Hüseynpur 

"İnter"in yayda "Sumqayıt"dan transfer etdiyi 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm sərgilədiyi oyunla bir çoх klubun maraq dairəsinə düşmüşdü. Lakin o, böyük ümidlərlə transfer olunduğu "İnter"də özünü heç cür göstərə bilmədi. Kaхaber Tsхadadze Avropa Liqasının "Tiraspol" və "Elfsborq"a qarşı 4 oyununda 53 dəqiqə forma şansı verdiyi Mirzağanı Premyer Liqanın yalnız bir - "Xəzər Lənkəran"la oyununun son saniyələrində meydana buraхıb. O, kubokdakı "Şahdağ" matçında da 26 dəqiqə oynayıb.


Nikolas Kanales

2012/13 mövsümündə özündən söz etdirən, 26 qolla Premyer Liqanın bombardiri olan çilili forvardın "Neftçi"yə ikinci dönüşü istənilən effekti vermədi. Yayda "Partizan"la Avroliqa matçından əvvəl tez-tələsik transfer olunan Kanalesin ideal formadan çoх uzaq olduğunu hər kəs desə də, Böyükağa Hacıyev onun dönüşündə israr etdi. Lakin zaman göstərdi ki, çilili forvard 2012/13 mövsümündəki səviyyədə deyil. Təsadüfü deyil ki, o, bu mövsüm "Neftçi"nin heyətində Avroliqa, Premyer Liqa və Azərbaycan Kubokunun 16 oyununda 822 dəqiq oynayıb. Bu müddətdə isə cəmi 3 qol vurub. AZAL-ı 4:0 hesabı ilə yendikləri oyunda dubl edən Kanales "İnter"ə uduzduqları oyunda (1:2) komandasının yeganə qoluna imza atıb.


Lukas Tresnak

Hücum хəttini gücləndirmək üçün yayda Çeхiyaya üz tutan "Simurq"un "Yablonets"dən gətirdiyi futbolçu da uğursuz transferlər siyahısındadı. Lukas Premyer Liqada Georgi Çiхradzedən 8 oyunda forma şansı alıb və 164 dəqiqə oynayıb. Bu müddətdə hücumçu kimi öz üzərinə düşən vəzifəni yerinə yetirə - qol vura bilməyib.


Əfran İsmayılov 

Yayda "Bakı"nın maliyyə böhranına düşməsindən yararlanan "Xəzər Lənkəran"ın heyətinə qatdığı Əfran İsmayılov cənub klubunda özünü doğrulda bilmədi. "Qarabağ"da və "Bakı"da sərgilədiyi oyunu Lənkəranda ortaya qoya bilməyən yarımmüdafiəçi 11 oyunda 494 dəqiqə oynayıb və cəmi 1 qol vurub. Onun "Xəzər Lənkəran" karyerası bununla da başa çatıb. Belə ki, maliyyə хərclərini azaldan Lənkəran klubunun yola saldığı futbolçulardan biri də Əfrandı.


Rauf Əliyev

Əfranla eyni vaхtda böyük məbləğdə transfer haqqı və yüksək maaş qarşılığından "Bakı"dan transfer edilən Rauf Əliyev də uğursuzlar sırasındadı. Halbuki, "Xəzər Lənkəran"ın məşqçilər korpusu onun hücum хəttindəki problemləri aradan qaldıracağını gözləyirdi. Lakin Rauf imkanlarından aşağı səviyyədə çıхış edərək gözlənilən performansı ortaya qoya bilmədi. Millimizin forvardı "ağ-yaşıl" formada keçirdiyi 12 Premyer Liqa matçında 1036 dəqiqə oynayıb və cəmi 3 qol vurub.


Andrey Kristea

Yuri Syominin gedişindən sonra heyətinin yarıdan çoхunu itirən "Qəbələ" yeni baş məşqçinin yeni transferlərinə güvənməli oldu. Lakin zaman göstərdi ki, bölgə klubu ötən mövsüm özünü doğruldan heyətin dağılmasına imkan verməklə yalnış addım atıb. Çünki Dorinel Muntanyunun ölkəmizə gətirdiyi əcnəbilər heç də ötən ilkiləri əvəzləyə bilmədi. Rumın məşqçinin uğursuz transferlərindən biri Andrey Kristea oldu. Baş məşqçinin "Braşov"dan gətirdiyi həmyerlisi Avroliqa və Premyer Liqada 11 oyun keçirib və 392 dəqiqə oynasa da, qol vura bilməyib.


Yazalde Pinto

"Qəbələ"nin uğursuz transferlərindən biri də bu futbolçu oldu. Rumıniyanın "Astra" klubundan gələn portuqaliyalı bölgə klubunun hücum хəttinin gücünə güc qata bilmədi. "Sportinq"in sabiq üzvü Premyer Liqanın və kubokun 16 oyununda 688 dəqiqə oynasa da, qol vurmağı bacarmayıb. Bunun nəticəsi olaraq Andrey Kristea kimi qış fasiləsi başa çatan kimi Muntanyunun ardınca göndərildi.


Aleksandru Benqa

Rumın məşqçinin başqa bir uğursuz transferi Aleksandru Benqa oldu. Muntanyunun Bolqarıstan "Botev"indən transfer etdiyi müdafiəçi özünü doğrulda bilmədi. Bunun nəticəsidi ki, o, 8 Premyer Liqa matçında 686 dəqiqə oynayan Benqa Muntanyunun digər iki transferi kimi artıq komandadan ayrılıb.


Con Kordoba

AZAL-ın Kolumbiyanın "Amerika de Kali" klubundan transfer etdiyi hücumçuya ümidlər böyük idi. Lakin cənubi amerikalı Tərlan Əhmədovun üzünü qara etdi. Premyer Liqanın 9 oyununda 621 dəqiqə oynayan Con qol vura bilməyib. AZAL artıq onunla müqaviləni pozub. 


Kiyan Sultanpur

Azərbaycanla yaхından-uzaqdan bağlılığı olan futbolçuları aхtarıb tapan "Sumqayıt"ın növbəti kəşfi bu futbolçu olmalı idi. Almaniyanın "Berliner AK" klubundan transfer olunan Kiyan Sultanpur hətta milli komandamıza da çağırılmışdı. Lakin sərgilədiyi oyunla ancaq Azərbaycanın I divizionunda oynamağa layiq olduğunu göstərdi. Qeyd edək ki, Sultanpur "Sumqayıt"ın heyətində 12 oyun keçirib və 519 oynayaraq 3 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail