Adı "Qarabağ"la hallanan Elvin: "Yeni ildə yeni səhifə açacağıq"

30.12.2014 | 3981 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov geridə qalan və qarşıdan gələn illə bağlı təəssüratlarını bölüşüb. Stadium.Az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"2014-ci il futbolçu karyeramda ən yaddaqalan illərdən oldu. Məhz bu zaman kəsiyində əsas komandada möhkəmlənməyə başladım, ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Qəbələ”nin heyətində beynəlxalq oyunlara çıxdım, Azərbaycan U-21 yığmasına dəvət aldım. Ötən mövsüm çox oyun keçirməsəm də, o heyətdə yer almaq mənə çox şey qazandırdı. Hazırda olduğum yerdən çox razıyam. “Qəbələ”nin üstümdə əməyi çoxdur. Oyunumla, intizamımla mənim üçün çəkilən zəhmətin qarşılığını verməyə çalışıram. Komandamızda yeni baş məşqçi var, yeni ildə yeni səhifə açacağıq. İnanıram ki, o səhifədə mənim də adım olacaq. 2015-ci ilin karyeramda yüksəliş ili olmasını arzulayıram".

Qeyd edək ki, Camalovun adı "Qarabağ"la hallanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail