"Qəbələ"də oruc tutan futbolçulara görə iki cür məşq keçirdik" - MÜSAHİBƏ

02.01.2015 | 4506 dəfə oxunub

"Qəbələ"də Dorinel Muntyanunun köməkçisi vəzifəsində çalışmış Andrey Martin Moldova mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- "Qəbələ”dən niyə getdiniz?
- Qeyri-adi nəsə baş verməyib. Biz işə yaxşı başladıq. Amma müəyyən səbəblərdən uğura nail ola bilmədik. Söhbət ilk növbədə klubun transfer siyasətindən gedir. Biz çalışdığımız dönəmdəki heyət mükafat uğrunda yarışmağa imkan vermirdi. Əvvəlki baş məşqçi Yuri Syominlə birgə səkkiz aparıcı futbolçu komandanı tərk etmişdi. Ona görə də heyət zəifləmişdi. Komandanın gösdərdiyi son nəticələr nə məşqiləri, nə də klub rəhbərliyini qane edirdi.  Bu səbəbdən Dorinel istefa verdi. Hazırda işsizik.

- "Qəbələ”dəki yarım illik faəliyyətinizə ümumən necə qiymət verirsiniz?
- Qafqaz fərqli bölgədir. Orda biz başa düşdük ki, belə ölkələrdə necə işləmək lazımdır. Yetərincə təcrübə topladıq. Bizdə yalnız müsbət emosiyalar qalıb. Klub rəhbərliyi ilə çox yaxşı ayrıldıq. "Qəbələ”də Azərbaycan futbolunun inkişafı üçün çalışan yaxşı insanlar var.

- Azərbaycanda sizin üçün qeyri-adi görünən nə oldu?
- Ora müsəlman ölkəsidir. Bizim komandada Allaha inanan, tez-tez məscidə gedən çox futbolçu vardı. Yay təlim-məşq toplanışı zamanı bir çox futbolçu oruc tutur və yemək yemirdi. Ona görə də iki cür məşq keçirdik.

- Azərbaycan və Moldova futbolu arasında nə kimi fərqlər var?
- Bir vətənpərvər olaraq deyərdim ki, bizim çempionat daha güclüdür. Yeganə fərq maddiyatdadır. Azərbaycanda "Xəzər Lənkəran”, "Qarabağ”, "İnter”, "Neftçi” və "Qəbələ” kimi sevilən komandalar var. Təəssüf ki, Moldova klublarını maddi vəziyyətinə görə onlarla müqayisə etmək olmaz. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail