"Bakıda maşın sürəndə, düşünürsən ki, görəsən, evə sağ çatacam" - MÜSAHİBƏ

03.01.2015 | 6113 dəfə oxunub

"Bakı"nın sabiq hücumçusu Marius Pena Rumıniya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Siz öz timsalınızda rumıniyalı futbolçuların Azərbacanda yaşayışını və çıxışını necə xarakterizə edərdiz?

- Mən ora çox tez uyğunlaşdım. İlk ayımda yaxşı işlər gördüm. Komandanın ən sərrast hücumçusu idim. Hətta bir dəfə ayın ən yaxşı futbolçusu seçildim. Adaptasiya ilə bağlı problemim olmadı. İlk günlərdən əlimdən gələnin ən yaxşısını etdim. Ancaq baş məşqçi dəyişikliyindən sonra vəziyyət də pisə doğru dəyişdi. Zədələndim. Bundan sonra əvvəlki formamı yığa bilmədim. Təəssüf ki, baş məşqçidən lazımı dəstəyi ala bilmədim..

- Əcnəbi futbolçu üçün çempionat rahat idi?

- Orda legionerlərə böyük təzyiq var. Ancaq Azərbaycanda kifayət qədər tanınmış futbolçular, məşqçilər də var. Əgər siz öz işinizi görürsünüzsə, hörmət edirlər. Yayda imzaladığım yarım illik müqavilə müddətində cəmi bircə dəfə tənqid olundum. Onda da komandamız Lənkəranda uduzmuşdu.

- Rumıniyalı futbolçulara Azərbaycanda oynamağı məsləhət görürsüz?

- Bu çətin vaxtlarda Azərbaycan yaxşı variantdı. Orda idmana, xüsusilə də futbola ağıllı sərmayə yatırılır. 

- Rumıniyanın I liqasında çıxış etmək imkanın var idi. Niyə "Bakı"nı seçdin?

- "Astra"dan rəsmi təklif var idi. Hətta klub rəsmiləri ilə görüşüb, bir çox detalları müzakirə etmişdik. Amma "Bakı"nın təklifi daha cəlbedici olduğundan, Azərbaycanı seçdim.

- Orda maliyyə təhlükəsizliyi var?

- Bəli. Ancaq bununla yanaşı, ölkədə gərginlik də var. Nə vaxt maaş alacağını düşünməməlisən. Bir də azarkeş problemi var. Oyunlara tərəfdar gəlmir. 

- Orada Rumıniyanı xatırladan heç nə yoxdu?

- Əlbəttə ki, var. Məsələn, benzin ucuz olduğundan, şəhərdə maşın çoxdu. Onların arasında köhnə "Lada" və "Volqa" markalı maşınlar da var. Əsasən isə bahalı avtomobillərdi. Bundan başqa, köhnə binalar şəhərə fərqli görünüş verir. Bizdən fərqli, onlar qədimi tikililərin qeydinə qalırlar.

- Bakı təhlükəli şəhərdi?

- Yox, yox. Bununla bağlı heç bir problemim olmayıb. Bakıda heç kim ailəmi təhdid etməyib. Əvəzində, nəqliyyat sistemində xaos hökm sürür. Avtomobilləri gəzinti üçün nəzərdə tutulmuş yerlərdə saxlayırlar. Sükan arxasında oturanda düşünürsən ki, görəsən, evə sağ-salamat çata biləcəm.

- Sabiq klubunuz sürətlə müflis olur...

- Buna mən dəçox üzülürəm ki, komanda hazırda yaxşı vəziyyətdə deyil. Ancaq bir qədər də təəccüblənirəm. Çünki bu klub yeni yaranmasına baxmayaraq, Çempionlar Liqasında oynayıb, 4-5 il daxili çempionatda ilk "beşlik"də yer alıb. İndi isə maliyyə problemi ilə üz-üzədi. Doğrudan da anlaşılmaz vəziyyətdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail