"Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı - RƏSMİ

03.01.2015 | 4471 dəfə oxunub

"Xəzər Lənkəran"  heyətdə saxladığı futbolçuların adlarını açıqlayıb. Stadium.Az "Report"a istinadən xəbər verir ki, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

Bunlar qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovdur. Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş daha bir hücumçu Orxan Əliyev geri qaytarılıb.

Əvəzində 13 futbolçu ilə yolların ayrılmasına qərar verilib. Bunlar qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Tyeqo de Xesus, Adrian Skarlatake, Aleksandr Şemonayev, Vanderson Skarduelli, yarımmüdafiəçilər Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov, Uğur Pamuk, Rəşad Sadiqov, Əfran İsmayılov və Elnur Abdullayev, eləcə də hücumçu Rauf Əliyevdir.

Qeyd edək ki, Oğuz Çətinin istefasından sonra "Xəzər Lənkəran"a Elbrus Məmmədov baş məşqçi təyin olunub. Ona Covanni Melkiorre fiziki hazırlıq, Vidadi Hüseynov qapıçılar üzrə məşqçi kimi yardımçı olacaqlar. Yunis Hüseynov idman direktoru, Gennadi Kişlari həkim qismində fəaliyyətini davam etdirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail