"Qəbələ"də 4 yeni məşqçi - FOTO

06.01.2015 | 2340 dəfə oxunub

“Qəbələ”nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək. Onlardan biri – Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi komandamızda bu gündən işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də baş məşqçimizlə birgə çalışıb. 1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi “Zvezda” (Kirovoqrad), “Prikarpatye” (İvano-Frankovsk), “Bukovina” (Çernovtsı), “Metallurq” (Zaporojye), “Karpatı” (Lvov), “Kaluş” və Slovakiyanın “Slobod” klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi “Texno-Sentr” (Roqatin) və “Energetik”ə (Burştın) rəhbərlik edib.

2011-ci ilin yayından “Qəbələ”yə gələnədək “Çernomorets”də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) çıxış edib. “Borisfen-2” (Borispol), “Boreks-Borisfen” (Borodyanka), “Borisfen” (Borispol), “Metallurq” (Donetsk),”Knyaja” (Sçastlivoye), “Prikarpatye” (İvano-Frankovsk) klublarında baş məşqçi, “Lvov”da köməkçi kimi çalışıb. 

“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi “Torpedo” (Zaporojye), “Zvezda” (Kirovoqrad), “Metallurq” (Zaporojye) və “İliçevets”də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko “Metallurq”da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında “Çernomorets”ə keçən gənc çalışdırıcı “qırmızı-qaralar”la anlaşanadək bu klubda işləyib.

Digər mütəxəssis Anatoli Korotiya "Qəbələ"də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail