AFFA-dan yenilik

07.01.2015 | 4533 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun təbliğatının daha yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bugündən etibarən affa.az, affavideo.az və affatv.az saytlarını yeni dizayn və strukturda istifadəçilərin ixtiyarına verəcək. Stadium.Az xəbər verir ki, AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi və ötən müddət ərzində bu sahədə baş verən yeniliklər nəzərə alınmaqla yeni veb səhifənin yaradılmasına ehtiyac duyulurdu.

Assosiasiyanın yeni saytı Fan Store, Online bilet satışı, Sponsorluq və satış, Virtual tur, Fan zona, İctimaiyyət (Könüllülər, Hakimlər, Məşqçilər) bölmələri AFFA ilə saytın istifadəçiləri arasında ünsiyyətin daha rahat və çoxşaxəli olmasına imkan verəcək. Yeni dizayna uyğun olaraq, Siz AFFA-nın tədbrilərindən hazırlanmış videomateriallara, həmçinin canlı yayımlara affa.az saytına daxil olaraq birbaşa baxmaq imkanı əldə edəcəksiniz.

Yeni saytın istifadəyə verilməsi ilə əlaqədar olaraq, AFFA-nın FanStore-unda yalnız online alınan bütün mallara endirim kampaniyası da həyata keçiriləcək. Kampaniya 07 – 14 yanvar 2015 tarixlərində qüvvədə olacaqdır. Qeyd edək ki, bu tarixlərdə online alınmış bütün növ əmtəə məhsullarına 30% endirim tətbiq olunacaq və online mağazada endirimli qiymətlər göstəriləcəkdir. Kampaniya ilə bağlı yaranmış sualları bizə email yazaraq və aşağıdakı nömrəyə zəng edərək ünvanlaya bilərsiniz. (mob: 055 511 80 80; email: [email protected])

Yeni saytımızda Xəbərlər, Axtarış və s. bölmələrdə keçmiş məlumatların tapılmasında müəyyən çətinliklərlə üzləşməyiniz mümkündür. Bu istiqamətdə işlərin davam etdiyini nəzərə almağınızı və problemlə üzləşəcəyiniz təqdirdə “Köhnə sayt” düyməsi vasitəsilə keçid edərək lazımi informasiyaları əldə edə bilərsiniz. Üzləşdiyiniz çətinliklərə görə öncədən Sizdən üzr istəyir və bu barədə qeydlərinizi [email protected] ünvanına yazmağınızı xahiş edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail