"Simurq" Türkiyədə hazırlığa başladı

08.01.2015 | 3431 dəfə oxunub

Premyer Liqada yaranmış qış fasiləsi ilə əlaqədar bir neçə günlük istirahətdən sonra "Simurq" hazırlıqlara başlayıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan komanda "Sirena Belek" otelində məskunlaşıb. Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:

Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli.
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir.
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov.
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Oruc Balaşlı.

Gündə iki dəfə olmaqla məşqlərə başlayan "Simurq", təlim-məşq proqramına əsasən futbolçularımız ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcək. Daha sonra isə taktiki və texniki ağırlıqlı hazırlıqlara start veriləcək. Bu hissədə Georgi Çixradze yetirmələrini yoldaşlıq görüşlərində sınaqdan keçirdəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail