"Onun "Qəbələ"yə xeyir verəcəyinə inanırıq"

09.01.2015 | 3189 dəfə oxunub

"Sentyabrın 28-dən - "Xəzər Lənkəran"la qarşılaşmadan bu yana yaşıl meydanlardan uzaq qalmışdım. Həmin matçda aldığım zədə məni uzun müddət futboldan ayrı saldı”.

Stadium.Az xəbər verir ki, bu sözləri uzun müddət zədəli olan və “Qəbələ”dən ayrı qalan Ruslan Əmircanov söyləyib. Hazırda "qırmızı-qaralar"ın heyətində Antalyada mövsümün ikinci yarısına hazırlaşan təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında gələcəklə bağlı ümidli danışıb: “Əməliyyat olundum, sonra isə bərpa prosesi keçdim. Artıq komanda ilə məşqlərə çıxıram. Düzdür, hələ tam gücümü ortaya qoya bilmirəm. Formaya düşmək, istənilən fiziki duruma çatmaq, 90 dəqiqə mübarizə aparmağa hazır olmaq üçün üçün hələ bir müddət məşq etməliyəm. Bu səbəbdən komanda ilə məşqlərdən öncə və sonra fərdi şəkildə hazırlıq keçirəm. Gücümü bərpa etmək üçün əlavə məşqlər vacibdir".

Əmircanov komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını deyib: "Hazırlığımız intensiv gedir, komanda gün keçdikcə gücünə güc qatır. Yeni baş məşqçimiz var. Onun "Qəbələ"yə xeyir verəcəyinə, komandamızın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inanırıq. Heyətimizə yeni futbolçular da qoşulub. Yeni olmalarına baxmayaraq, Aleksey Qay da, Rəşad Sadiqov da artıq kollektivə uyğunlaşıb. Məşqlərdə futbolçularda əzmkarlıq, mübarizə ruhu, rəqabət hiss olunur. Çünki hamı yaxşı bilir ki, heyətdə yer almaq üçün öz gücünü, bacarığını ortaya qoymalıdır. Dediyim kimi, baş məşqçimiz yenidir, o bizi adlarımıza görə deyil, nümayiş etdirdiyimiz oyuna görə dəyərləndirir. Komandada yer almaq istəyən çalışmalıdır. Heç vaxt mübarizədən, rəqabətdən çəkinməmişəm. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, yaxın müddətdə ideal formamı bərpa edəcəyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail