"Millidə debüt edəcəyim günü səbirsizliklə gözləyirəm" - MÜSAHİBƏ

10.01.2015 | 4206 dəfə oxunub

İspaniyanın “Qranada” klubunda çıxış edən Azərbaycan əsilli Eddi İsrafilov affa.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.

 

- Dünən Bakıda ananız İradə xanım AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşüb. Bu görüş haqda nə deyə bilərsiniz?

- Təəssüf ki, həmin görüşdə özüm iştirak edə bilmədim. Bildiyiniz kimi, dünən İspaniya kuboku çərçivəsində “Sevilya” ilə oyunumuz oldu. Mən də əsas heyətdə meydana çıxdım və 90 dəqiqə komandama kömək etməyə çalışdım. Bəli, bir müddət əvvəl Azərbaycan yığmasında oynamaqla bağlı təklif almışdım. Anamın da qeyd etdiyi kimi müəyyən səbəblərdən komandaya dəvət edilməyim yubanırdı. Yığma komandada oynamaq istədiyimdən, bu məsələni həll etmək lazım idi. Buna görə də anam Bakıya yollandı və danışqlar baş tutdu. Təbii ki, sevindirici haldır ki, danışıqlar müsbət yekunlaşdı. Çünki özüm də anamın vətəni olan bir ölkənin yığmasında oynamaq istəyirəm. Millidə oynamaq mənim üçün qürurdur. Artıq baş məqçinin dəvətini, millinin heyətində debüt edəcəyim günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu istəyim tezliklə reallaşacaq. 

 

- Azərbaycanla yanaşı Anqola və İspaniya yığmasını da seçmək imkanınız ola bilərdi.  Niyə üstünlüyü Azərbaycan millisinə verdiniz?

- Bəli, atam Anqoladan olduğuna görə bu ölkənin millisində də oynamaq mümkün idi. Lakin mən anamın bağlı olduğu ölkəni seçdim. Çünki anam evimizdə Azərbaycan haqda tez-tez danışır. İspaniyada da rəfiqələri var. O, Azərbaycanı uzun müddətdir tərk etsə də, vətənə bağlılığını qoruyub. Anamın Azərbaycanı unuda bilməməsi, Bakını tez-tez xatırlaması məndə də bu ölkəyə maraq yaradıb. Üstəlik, baş məşqçi Robert Prosineçki oyunlarımı izləyib. Məni daim diqqətdə saxladığına görə, ona təşəkkür edirəm. İspaniya yığmasını seçməməyimə gəldikdə, həqiqəti demək lazımdır. Bu gün İspamiya yığmasının heyətində kifayət qədər tanınmış, ulduz futbolçular yer alır. Üstəlik, İspaniyada futbolçu ordusu çoxdur. Bu baş məşqçinin seçim imkanlarını genişləndirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail