"Qəbələ"də yeni olsam da, hər hansı çətinliklə üzləşmirəm"

10.01.2015 | 3387 dəfə oxunub

"Türkiyədəki məşq prosesi maraqlı və səmərəli keçir. Qısa müddətdir hazırlığa start versək də, fərq hiss olunmaqdadır. Var qüvvəmizlə çalışıb, mövsümün ikinci hissəsinə hazırlaşırıq”. Stadium.Az xəbər verir ki, bunu “Qəbələ”nin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı komandanın gənc futbolçusu Tellur Mütəllimov deyib.

Belə ki, 20 yaşını bu il qeyd edəcək hücumçu 2015-ci ili əsas komandanın heyətində başlayıb. Klubun futbol akademiyasının yetirməsi olan gənc istedad U-17, U-19 və əvəzedici komandada özünü yaxşı tərəfdən göstərdikdən sonra artıq neçə aydır ki, Premyer Liqa təmsilçisinin hazırlıqlarına cəlb olunur.

Mütəllimov toplanış haqda fikirlərini gabalafc.az-la bölüşüb: “Mən komandada yeni olsam da, hər hansı çətinliklə üzləşmirəm. Təxminən iki aydır burada olduğumdan komandaya uyğunlaşmışam. Əsas heyət üzvlərini də öncədən də tanıyırdım. Elə bu üzdən də əsas komandaya keçəndən sonra çətin olmadı”.

2014-cü ilin noyabrından əsas komandanın oyunlarına cəlb edilən Tellur XII turun AZAL-la oyunundan etibarən “18-lik”də yerini təmin edib. Ötən ilin son 7 oyununda əsas komandanın qarşılaşmalarında adı protokola daxil edilən yarımmüdafiəçi hələ debüt şansı qazanmasa da, “11-liy”ə düşmək üçün addım-addım irəliləyir: “Qəbələ”nin akademiyasında olduğum 4 il ərzində həmişə əsas komandaya düşəcəyimə inanmışam. Bunun üçün çalışıb, səylə məşq etmişəm. Əvvəl U-17, ardınca U-19 və əvəzedicilərin heyətində çıxış etdiyim vaxtlarda da məqsədim əsas komandaya düşmək olub. Bu yolu addım-addım qət etmişəm. Hələlik əsas komandada yeniyəm. Bu üzdən səbirlə çalışıb, məşq etməliyəm. Buradakı rəqabətə hazıram. Əsas komandadayamsa, əlimdən gələn köməyi etməliyəm. Şans qazanacağım qarşılaşmalarda “Qəbələ”nin uğuru üçün çalışacağam”.

Qeyd edək ki, 2014/15 mövsümündə əsas komanda ilə yanaşı, əvəzedicilərin də heyətində meydana çıxan Mütəllimov 10 qarşılaşmada 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail