"Qəbələ" "Antalyaspor"la qarşılaşacaq

10.01.2015 | 3086 dəfə oxunub

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq toplanışı keçmək məqsədilə sabah - yanvarın 11-də Türkiyəyə yola düşəcək. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Mehman Yunusovun başçılıq etdiyi komanda 8 günlük hazırlıq dönəmində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Onların qarşılaşacağı rəqiblərdən ikisi məlumdu. “Qırmızı-qaralar” yanvarın 13-də “Laraspor”, 16-da isə “Antalyaspor”la üz-üzə gələcək. Yanvarın 18-nə nəzərdə tutulan üçüncü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

“Qəbələ” U-15 qardaş ölkəyə bu heyətlə gedəcək: Fərman Bayramov, Sərxan Osmanov, Əmrah Sülfüqarlı, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Arsen Ağcabəyov, Fəqan Məsimov, Rəşid Manafov, Fikrət Tağıyev, Eldost Qiyasbəyli, Elcan Hafizli, Fərid Quliyev, Qabil Sabirli, Tolqar Yaqubov, Elmir Tağıyev, Rəşad Tağıyev, Kamran Quliyev, Məhəmməd Abbaslı, Təbriz İsazadə.

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, U-15 komandasının baş məşqçisi Mehman Yunusov, onun köməkçisi Şəhriyar Kərimli, fizioterapevt İlkin İslamov və inzibatçı Anar Musayev də komanda ilə Türkiyəyə yola düşəcəklər.

Yanvarın 20-dək davam edəcək hazırlıq günlərində komanda “Papillon Ayscha” otelində məskunlaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail