Mahir Şükürova 4 oyunluq cəza

23.08.2011 | 5270 dəfə oxunub

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda Premyer Liqanın III turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib. 
AZAL matçın 11-ci dəqiqəsində "Qəbələ"nin kapitanı Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzaya məruz qalıb, komandası isə 4 min manat cərimə edilib. 
Matçın 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Kristian Ruiz əllə topu "Qəbələ"nin qapısından keçirdikdən sonra (hakim qolu qeydə almamışdır) yerli azarkeşlər meydançaya kənar əşya (daş) atıblar. AZAL rəhbərliyi baş vermiş hadisə ilə bağlı İntizam Komitəsinə müraciətində oyunun nəticəsinin ləğv edilməsini və "Qəbələ" klubuna texniki məğlubiyyət verilməsini istəmişdi. 
Bunları nəzər alan İK müvafiq qərarlar çıxarıb. Belə ki, meydançaya kənar əşyalar atdığı üçün klub daha 2 min manat cərimə ödəyəcək. "Qəbələ" Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görməlidir. Əks halda, analoji hadisənin təkrarlanacağı təqdirdə, kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail