Subaşiç "Xəzər"də 6-cıdır

24.08.2011 | 4813 dəfə oxunub

Premyer Liqanın III turu daha bir futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, Azərbaycan yığmasının milliləşən serbiyalı futbolçusu Branimir Subaşiç karyerasında ilk dəfə Lənkəran təmsilçisinin formasında meydana çıxdı. Bu barədə klubun rəsmi saytında məlumat verilib.

"Turan"la matçın ilk dəqiqələrindən meydanda olan Branimirə qədər 132 oyunçu "Xəzər Lənkəran"da çıxış etmişdi. Bununla da 29 yaşlı serbiyalı hücumçu komandanın tarixinə 133-cü futbolçu kimi düşdü.

Branimir cari mövsüm komandada debüt edən 7-ci futbolçu oldu. Belə ki, Avroliqa oyunlarında Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa, ötən turda isə Dejan Rusiç buna nail olmuşdu.

Komandanın şərəfini qorumuş 133 oyunçudan 52-si yerli, 81-i əcnəbidir ki, Branimir ölkəsinin "Xəzər Lənkəran"da 6-cı təmsilçisi oldu. Ona qədər serbiyalılar Marinko Petroviç, Milorad Koraç, Miroslav Saviç, Slaven Stankoviç, Uroş Prediç bu klubda oynamışdı.

"Xəzər Lənkəran" forması geyinən legionerlər 29 ölkəni təmsil edir: Rumıniya - 18, Braziliya - 10, Türkiyə - 9, Serbiya - 6, Belarus - 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva - hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d'ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya - hərəsi 1.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail