Qurban Qurbanov yenidən Dortmundda

24.08.2011 | 4932 dəfə oxunub

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyaya səfərə hazırlaşır. Stadium.az xəbər verir ki, gənc mütəxəssisin səfəri qarşıdakı günlərdə reallaşacaq. 

Bundesliqanın son qalibi olan Dortmund "Borussiya"sının bazasına yollanacaq 39 yaşlı mütəxəssis vaxtilə Avropa Liqasında uduzduğu komandanın baş məşqçisi Yürgen Kloppun təcrübəsindən yararlanacaq. 

Qurbanov həm yeni terminlərlə tanış olacağını, həm də alman mütəxəssisin yanında təcrübə toplayacaq. 

"Bildiyiniz kimi, "Qarabağ" Avropa Liqasında "Borussiya" ilə qarşılaşıb. Həmin gündən bu iki komanda arasında əlaqələr mövcuddur. Mən də bu əməkdaşlığın tərkib hissəsi kimi, Almaniyaya yollanıb məşqçi kimi bacarığımı və praktikamı artıracağam. Fikrimcə, bu, gələcəkdə çox köməyimə çatacaq" - deyə, Qurbanov bildirib. 

Qurbanov ilk belə təcrübəni Frank Raykaardın baş məşqçiliyi dövründə "Qalatasaray"da keçib.

Qeyd edək ki, "Borussiya" Almaniyanın ən köklü komandalarından sayılır. Komanda 7 dəfə Bundesliqanın qızıl medalına yiyələnib. Dortmund təmsilçisi Çempionlar Liqasında və UEFA kubokuna da sahib çıxıb.  

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail