"Qəbələ"nin yeni transferi: "Əgər komandada tək mən oynasaydım, çətin olardı"

17.01.2015 | 3608 dəfə oxunub

"Qəbələ" klubunun yeni transferi Ruslan Fomin müsahibəsin təqdim edirik.

 - "Qəbələ"yə keçidin haqda nə deyərdin?

- "Qəbələ"yə transfer olunduğum üçün çox şadam. Azərbaycan mənim üçün yeni ölkədir. Tezliklə ölkəyə və komandaya uyğunlaşmağa çalışacam.

- Bir neçə müddətdir komandanın düşərgəsində olsan da, "Qəbələ" ilə dünən müqavilə imzaladın...

- "Çernomorets"lə bəzi məsələləri həll etmək lazım idi. Hər şey istədiyimiz kimi dərhal həll olunmadı. Bəzi problemlər var idi. "Çernomorets"lə olan sözləşməmə xitam verilməsinə dair faksı alan kimi "Qəbələ" ilə müqavilə imzaladım.

- Təzminatı sən, yoxsa "Qəbələ" klubu ödədi?

- "Qəbələ"yə azad agent kimi keçdim. Sabiq komandamın maliyyə problemləri var idi. Bununla belə, bir-birimizin əlini sıxaraq, xoş münasibətlə yollarımızı ayırdıq.

- Bəs, niyə 6 aylıq müqavilə imzaladın?

- Ölkəni və şəhəri tanımağım, komandaya uyğunlaşmağım üçün vaxta ehtiyacım var. Çünki Azərbaycan mənim üçün yeni ölkədir. Əgər hər şey istədiyimiz kimi gedərsə, mövsümün sonunda müqavilənin müddətini uzada bilərəm.

- Mövsümün sonunda yenidən Ukraynaya qayıda bilərsən?

- Klub və azarkeşlərlə yaxşı münasibət olarsa, heç yerə getmərəm.

- Artıq bir neçə müddətdir ki, Antalyada "Qəbələ"nin düşərgəsindəsən. Yeni komandan haqda nə deyə bilərsən?

- İndiyə qədər gördüklərim məndə xoş təəssürat yaratdı. İlk gündən məni çox mehriban qarşıladılar. Dərhal burada səmimi insanların olduğunu anladım. Komandada məni demək olar heç kəs tanımırdı, ancaq çoxları təbrik etdi. Futbolçularla tanış olmağa başladım və gördüm ki, "Qəbələ"də Ruslan adlı oyunçular çoxdur.

- Yeri gəlmişkən, sən "Qəbələ" dördüncü Ruslan oldun...

- Qorxulu bir şey yoxdur (gülür). Buna müsbət baxıram. Ümumiyyətlə, kollektiv çox maraqlı və əyləncəlidir. Düşünürəm ki, bu komanda ilə uğur qazanmaq olar. 

- Deyəsən, Ruslan adını tez-tez eşitməyə vərdiş deyilsən?

- Daha öncə bu qədər Ruslanla birgə oynamamışam. Mənim üçün gözlənilməz oldu. Bir komandada maksimum iki Ruslan oynayıb. Məşqlərdə baş məşqçi Ruslan deyə çağırdıqda, dərhal çevrilirəm ki, bəlkə, məni səsləyir.

- Sənin transferindən sonra "Çernomorets"dən "Qəbələ"yə gələnlərin sayı artdı...

- Çox deyil. Üç futbolçu və məşqçilər heyəti buradadır. Əgər komandada tək mən oynasaydım, çətin olardı. Çünki Azərbaycanı hələ tanımıram və orada özümü necə aparacağımı bilmirəm. Lakin düşünmürəm ki, tanış futbolçularla uyğunlaşmağımda hər hansı bir çətinliyim olsun. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail