"Bilirəm ki, komanda Avropa Liqasına düşmək üçün mübarizə aparır"

17.01.2015 | 3396 dəfə oxunub

“Qəbələ”nin yeni qapıçısı Dmitri Bezotosni klubu və transferinin reallaşması haqda fikirlərini bölüşüb. 

Stadium.Az xəbər verir ki, klubun saytına danışan  ukraynalı qolkiper iddialı, qarşısına böyük hədəflər qoyan bir kluba keçdiyi üçün şad olduğunu deyib:

"Bilirəm ki, komanda Avropa Liqasına düşmək üçün mübarizə aparır. Mən də əvvəlki klubum “Çernomorets”lə bu yarışda çıxış etmişəm. Bunun necə xoş olduğunu bilirəm. Yeni komandamla da avrokuboklarda oynamaq istəyirəm. Bunun üçün komandama əlimdən gələn köməyi edəcəm. Baş məşqçimiz Roman Qriqorçuku da “Odessa” klubundan tanıyıram. Bilirəm ki, o da iddialı mütəxəssisdir”.

Qapıçı yeni klubunda olan rəqabətdən, əsas heyətə düşmək üçün mübarizə aparacağından da danışıb:
“Məşqçimiz mənə zəng vurub, dəvət edəndə götür-qoy etdim və razılaşdım. Komandada rəqabətin olması müsbət haldır. Mən də, digər qapıçılar da məşqlərdə çalışıb, özümüzü göstərəcəyik. Nəticə qazanmaq istəyən komandanın məşqçisi də daha güclü olan qapıçıya etimad göstərəcək. Mən də iddialıyam və əsas qapıçı olmaq üçün çalışacağam. Yalnız 6 aylıq anlaşmağımız isə qarşılıqlı razılıq əsasında oldu. Ola bilər ki, yayda anlaşmanı uzadaq."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail