"Neftçi"nin qapıçıları danışdı VİDEO

17.01.2015 | 3734 dəfə oxunub

"Neftçi" Antalya hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, komandanın düşərgəsində 3 qapıçı - Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo qapıçılar üzrə məşqçi Pavels Doroşevsin rəhbərliyi altında hazırlıq keçib.

“Flaqman”ın qapıçıları onlar barədə hazırlanan videomaterialda bunları söyləyiblər:

Pavels Doroşevs: "Baş məşqçinin proqramına əsasən məşqlərimizi davam etdiririk. Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədi. Buna görə klub prezidenti Sadıq müəllimə təşəkkürümü bildirirəm. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladı. Qapıçılarımızdan ikisi təcrübəlidi. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdı. Aqil Məmmədova gəldikdə isə o əla qapıçıdı və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, o, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək”.

Aqil Məmmədov: "Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il "Bakı"da oynamışam və "zolaqlılar"dan sonra ilk komandam "Neftçi"di. Şükür Allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq. İnşallah, çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düçünürəm ki, oynadıqca düzələcək"

Saşa Stamenkoviç: "Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdi. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın. Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldı. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır". (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail