“Qazientep BB”nin baş məşqçisi: "Vaqif Cavadovla bağlı bəzi problemlər vardı" - MÜSAHİBƏ

17.01.2015 | 3915 dəfə oxunub

“Qazientep BB”nin baş məşqçisi Hakan Kutlunun müsahibəsi:

- Vaqif Cavadov “Qazientep BB”dən nə üçün ayrıldı?

- Onunla bağlı bəzi problemlər vardı. Həmin çatışmazlıqlar nə bizim üçün, nə də onun üçün yaxşı idi. Bu səbəbdən də Vaqiflə yollarımızı ayırdıq. Qarışılıqlı razılıq əsasında müqaviləmizi pozduq. 
 

- Bəs problemlər nə idi?
- Bu barədə geniş danışmaq istəmirəm. Vaqif özü bunları açıqlasa, daha yaxşı olar.
 

- Siz onun çıxışından narazı qaldığınız üçün klubdan ayrılmasını istədiniz?
- Mənim onunla heç bir problemim yox idi. Lazımi şansı da verdim. Əgər oyunlara baxmısınızsa, daim heyətdə yer alırdı. Sadəcə, o şansını yaxşı dəyərləndirmədi.
 

- Bəs Vaqif Cavadov yenidən “Qazientep”ə qayıda biləcəyini deyir...
- İndiki halda belə bir durum yoxdu. Yəni əgər biz onunla yollarımızı ayırmışıqsa, nə üçün yenidən onu komandaya qaytaraq. Futbolçunun isə niyə belə açıqlamalar verdiyini deyə bilmərəm. Yenə deyirəm ki, Cavadovun komandamıza qayıdışı gündəmdə deyil.
 

- Sizin komandadan göndərdiyiniz daha bir futbolçu Rəhman Hacıyev “Neftçi” ilə müqavilə bağladı. Amma onun Türkiyədə yaşadığı problemlem komandasının Antalyada təlim-məşq toplanışına qoşulmasına problem yaratdı. Yəni vaxtından gec Azərbaycana qayıtdığı üçün deportasiya olunub...
- Bundan xəbərim yoxdu. Niyə o belə bir problemlə üz-üzə qalıb ki?
 

- Legioner limitinə görə PTT liqa təmsilçiləri azərbaycanlı futbolçular transfer edirlər. Vaqiflə Rəhman komandanızdan getdiyi üçün yeni azərbaycanlı futbolçu heyətə qatmağı düşünürsünüz?
- Əgər bizim istədiyimiz kimi bir futbolçu olarsa, komandamıza cəlb edə bilərik. Hələ ki, gündəmimizdə heç bir azərbaycanlı futbolçu yoxdur. Hər halda çempionatınıza baxırıq və əgər lazım olarsa, oradan oyunçu gətirəcəyik (“qafqazinfo”).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail