Qurbanov: "Muarem komandadan getsə..."

18.01.2015 | 4835 dəfə oxunub

Son günlər Muarem Çuaremin "Qarabağ"dan ayrılaraq "Eskişeherspor"a keçəcəyiylə bağlı xəbərlər səngimək bilmir. Stadium.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu məsələdən danışıb:

“Son gün istisna olamqla, danışıqlar bir neçə müddətdir davam edir. Hələ ciddi təklif yoxdu. İndi danışıqlar dayanıb. Bir neçə günə məsələyə aydınlıq gələr. Onlar son təkliflərini göndərməlidilər. Hardasa klublar arasında razılıq əldə olunmur. Biz istərdik ki, futbolçumuz Türkiyə Super Liqasında oynasın, klublar arasında əməkdaşlıq yaransın. Amma həm futbolçunu düşünməliyik, o da hara getdiyini fikirləşməlidi. Klubun maraqları da arxa plana keçməməlidi. O, bizim əsas oyunçularımızdandı, onu buraxmaq istəmirik. Bilməliyik ki, hara gedir, niyə gedir. Çempionatın ikinci yarısının əvvəlinə az qalıb. Muarem bizə lazımlı futbolçudu. Onu buraxmaq bizə xoş deyil. Amma hərtərəfli razılıq olsa, futbolçunun qarşısını da kəsmərik. Əgər bu keçid baş tutsa, yerinə oyunçu transfer etməyimiz mümkündü. Bir neçə oyunçu ilə maraqlanırıq. Ola bilər ki, ən azı bir futbolçu ilə güclənək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail