Georgi Nikolov: "Komandamı meydandan çıxarmaq qərarını doğru hesab edirəm."

24.08.2011 | 4073 dəfə oxunub

"AFFA-nın İntizam Komitəsinin iclası təqribən saat yarım davam etdi. Müzakirələr aparıldı, bütün tərəflər mövqelərini açıqladılar, arqumentlərini təqdim etdilər və vəziyyətlə bağlı baxışlarını bildirdilər”. Stadium.az xəbər verir ki, bunu “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. 

Bolqarıstanlı funksioner AFFA-nın İntizam Komitəsinin “İnter” – “Bakı” oyunu ilə bağlı çıxardığı qərara münasibət bildirib: “İclasın sonunda mən də mövqeyimi açıqladım. Etiraf edim ki, komandanı meydandan çıxarmaq barədə verdiyim qərarı doğru hesab edirəm. Bu xoşagəlməz hadisələrə təkcə penalti zərbəsinin təyin edilməsi səbəb olmadı, belə bir vəziyyətin yaranmasına buraxılmış səhvlər seriyası da rəvac verdi. Təbii ki, İntizam Komitəsi müəyyən edilmiş qərarlar çərçivəsində fəaliyyət göstərir və komitə bu çərçivələrdən kənara çıxa və səlahiyyətlərini aşa bilmir. Odur ki, komitənin qəbul edəcəyi qərar gözlənilirdi. Gözlənilməz heç nə baş vermədi”.

Nikolov klubun rəsmi saytına verdiyi açıqlamasında apelyasiya şikayəti verəcəklərini də istisna etməyib: “Mən apelyasiya şikayəti verərdim, lakin hələlik həmin qərar rəsmi şəkildə bizə təqdim edilmədiyindən bunu edə bilmərik. Bu məsələdə hüquqşünaslarla da məsləhətləşmək lazımdır. Televiziyalarda haqqımızda deyilənlərə gəlincə, bununla bağlı nə demək olar? Gecə efirə getmiş elementar etika çərçivəsinə sığmayan çıxışları, ümid edirəm ki, insanlar görmədilər və eşitmədilər, çünki dərin gecə idi...”.
Qeyd edək ki, İntizam Komitəsinin qərarına görə, Nikolov “İnter”i meydandan çıxardığı üçün komandasına 0:3 hesablı məğlubiyyət verilib və ümumilikdə 21 min manat cərimə kəsilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail